Yuxarı

Şagirdlərə bu halda telefondan istifadə izni veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şagirdlərə bu halda telefondan istifadə izni veriləcək

Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib.

Axar.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Bu Qaydalar məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində (bundan sonra – müəssisə) təhsilalanların mobil və elektron cihazlardan istifadə qaydalarını tənzimləyir.

Mobil və elektron cihazlar dedikdə səsli və görüntülü rabitə, internetə çıxış, məlumatın emalı, saxlanılması və ötürülməsi, oyunların oynanılması, habelə multimedia funksiyalarının icrası üçün istifadə olunan mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər analoji daşına bilən elektron qurğular nəzərdə tutulur.

Mobil və elektron cihazlardan istifadəyə dair tələblərə gəlincə, təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağandır.

Müəssisəyə təhsilalanlar tərəfindən gətirilən mobil və elektron cihazlar dərs (məşğələ) müddətinin sonunadək müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş saxlama yerlərində (mobil qutular, şkaflar və s.) söndürülmüş vəziyyətdə və ya səssiz rejimdə saxlanılmalıdır.

Təhsilalanlar dərs (məşğələ) zamanı mobil və elektron cihazlardan yalnız təhsilverənin icazəsi ilə və onun nəzarəti altında tədris məqsədləri üçün (elektron dərs materiallarına çıxış, tədris tətbiqlərindən istifadə, təqdimat və tədqiqat işləri məqsədilə istifadə və s.) köməkçi vasitə kimi istifadə edə bilərlər.

Təhsilalanlar müəssisənin ərazisində mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) informasiya mübadiləsi üçün istifadə edə bilərlər.

Müəssisədə qaydaların icrasına nəzarət müəssisənin daxili intizam qaydaları ilə müəyyən ediləcək.

Qaydaların pozulması halları aşkar edildikdə müəssisə rəhbərliyi tərəfindən 1 iş günü müddətində təhsilalanın valideynləri (və ya digər qanuni nümayəndələri) bu barədə məlumatlandırılacaq və qabaqlayıcı tədbirlər (təhsilalanla fərdi profilaktik söhbətin aparılması, valideynin (və ya digər qanuni nümayəndənin) məktəbə dəvət olunaraq təhsilverənlərin iştirakı ilə birgə müzakirənin keçirilməsi, təhsilalanın məktəbdənkənar fəaliyyətlərə və tərbiyəvi tədbirlərə cəlb edilməsi və s.) həyata keçirəcək.

Tarix
2026.06.29 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla