Yuxarı

Dövlət torpaqlarını zəbt edənlər məsuliyyətinə cəlb olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət torpaqlarını zəbt edənlər məsuliyyətinə cəlb olundu

Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Cinayət işi həmin nazirliyin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin istifadəsində olan, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbt edilərək ayrı-ayrı şəxslərə satılması faktları üzrə istintaq olunub.

İbtidai istintaqla 11 nəfərin – Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğlunun dələduzluq və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını pozma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Qalib Əliyev, Anar Hüseynov və Ceyhun Əşrəfov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Daha sonra onlar Araz İsmayılov, Amin Quliyev, Arif Məmmədov və Vidadi Rəsulovla birlikdə həmin torpaq sahələrinin özlərinə məxsus olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, İlqar Qəhrəmanov, Orxan Vahidov və Ceyhun Dəmirov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 4 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan onlar Səfa Novruzov, Amin Quliyev və Vidadi Rəsulovla birgə həmin torpaq sahələrinin özlərinə məxsus olduğunu yalandan bildirməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb, onlara məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Toplanmış sübutlar əsasında adları qeyd olunan şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 188.3 (kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə ittiham elan olunub.

Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı görülmüş tədbirlər nəticəsində 20 hektardan artıq dövlət mülkiyyətində olan torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə geri qaytarılıb. Bununla yanaşı, cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi də təmin edilib.

Tarix
2026.07.03 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov bacısının vəfatına görə Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla