Yuxarı

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi işğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri keçirib.

Axar.az xəbər verir ki, Ağdam, Ağdərə və Xocavənd rayonlarında 62 müəssisədə keçirilən 18 tədbirdə həmin müəssisələrin işəgötürənlərinin nümayəndələrindən və işçilərindən ibarət 690 nəfər iştirak edib.

Tədbirlərdə Xidmətin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.

Əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə iştirakçılara məlumatlar verilib. Bu sahədə yeni dövlət standartlarının tətbiqi və iş yerlərinin attestasiyasının aparılması qaydalarından bəhs olunub. Mina təhlükəsizliyinin əsas prinsipləri və mümkün risklərin qarşısının alınması yolları diqqətə çatdırılıb.

İştirakçılara müvafiq mövzular üzrə yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim edilib, onların sualları cavablandırılıb.

Tarix
2026.07.13 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla