Yuxarı

Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?

Yay mövsümünün başlaması ilə dənizdə boğulma hallarının sayı da artıb. Bəzi mütəxəssislər bunu əlverişsiz hava şəraiti və insanların qadağan olunmuş ərazilərdə çimməsi ilə əlaqələndirirlər. Digər ekspertlər isə hesab edirlər ki, əsas səbəb dənizdən qumun daşınmasıdır. Onların sözlərinə görə, qumun çıxarılması nəticəsində dənizin dibində dərin çalalar yaranır və bu da boğulma riskini artırır.

Bəs doğrudanmı dənizdə boğulma hallarının əsas səbəbi qumun daşınmasıdır?

Axar.az xəbər verir ki, ekoloq, bioloji müxtəliflik üzrə ekspert Arzu Mustafayev Globalinfo.az-a açıqlamasında ən əsas səbəbin insanların məsuliyyətsizliyinin olduğunu deyib.

“Bəli, xüsusilə Bakı, Abşeron və Xızı ərazisində nəzarətsiz qum daşımaları geniş vüsət alıb və təəssüf ki, Ekoloqgiya və Təbii Sərvətlər Nzirliyi (ETSN) bunun qarşısını almaqda ya passivdir, ya da bacarmır. Lakin birbaşa dənizdən qum daşınması həm olduqca çətin və ağır prosesdir, həm də dənizdən çıxarılan qum sulu olduğuna görə onun tikinti materialı kimi istifadəsi demək olar ki, mümkün deyil. Buna görə də dənizdən qum daşınması ilə bağlı deyilənləri müəyyən qədər uydurma hesab etmək olar. Nəzərə almaq lazımdır ki, hətta sahildən qum daşınsa belə, dəniz buna görə geri çəkilmir. Çünki qum daşınan ərazilər əsasən sahil zonasında yerləşir”, o bildirib.

A.Mustafayevin sözlərinə görə, dənizdə baş verən bədbəxt hadisələrin əsas səbəblərindən biri temperatur fərqidir:

“Son dövrlərdə havanın temperaturu qısa müddət ərzində kəskin şəkildə yüksəlməyə başlayıb. Bildiyimiz kimi, suyun istilik tutumu qurudan daha yüksəkdir. Buna görə də quru ilə dəniz suyu arasında, eləcə də suyun üst və alt qatları arasında ciddi temperatur fərqi yaranır. İsti havadan birdən-birə soyuq suya daxil olmaq bir çox insanda əzələ problemlərinə və qıcolmalara səbəb ola bilər. Digər səbəblərdən biri insanların çimməyin qadağan olunduğu ərazilərdə dənizə girməyə cəhd etməsidir. Bundan əlavə, bəzi məsuliyyətsiz şəxslərin spirtli içki qəbul etdikdən sonra dənizə girməsi də faciəvi hadisələrə yol aça bilər. Ən ciddi səbəblərdən biri isə xüsusilə üzməyi bilməyən insanların öz fiziki imkanlarını düzgün qiymətləndirmədən dənizin təhlükəli hissələrində çimməyə cəhd etməsidir. Ümumilikdə, dənizdə baş verən bədbəxt hadisələrin əsas səbəbləri bunlardır”.

Tarix
2026.07.15 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla