Yuxarı

Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi

Yay aylarında küçə və yol kənarlarında satılan meyvə-tərəvəzlər saatlarla 35-40 dərəcə isti altında saxlanılır. Bəzi satıcılar məhsulları günəş şüalarından qorumaq üçün çətirlərdən istifadə etsələr də, əksər hallarda meyvə və tərəvəzlər açıq havada satılır. Bu isə istehlakçılarda həmin məhsulların qida dəyərinin, keyfiyyətinin və təhlükəsizliyinin isti hava şəraitində dəyişib-dəyişmədiyi ilə bağlı suallar yaradır.

Axar.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Globalinfo.az-a əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, eyni zamanda istehlakçı hüquqlarının qorunması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirildiyi deyilib.

“Təəssüf ki, Agentlik tərəfindən bu sahədə tənzimləmə, nəzarət və müvafiq olaraq aparılan sağlamlaşdırma tədbirlərinə baxmayaraq, küçələrdə, yol kənarlarında yüksək riskli qida məhsullarının (ət, toyuq, balıq, süd məhsulları) satılması hallarına rast gəlinir. Belə yerlərdə satış üçün vitrinlər olmur, gigiyena tələblərinə əməl edilmir, soyuduculardan istifadə olunmur”, - qeyd olunub.

Qurumdan bildirilib ki, xüsusilə yay aylarında heç bir qida təhlükəsizliyi norma və tələbləri gözlənilməyən belə yerlərdə xüsusi riskli qida məhsullarının satışı yolverilməzdir, insan həyat sağlamlığı üçün təhlükəlidir:

“İstehlakçılara müraciət edirik ki, küçələrdə antisanitar şəraitdə heç bir qida təhlükəsizliyi tələbləri sanitariya gigiyena tələblərinə cavab verməyən şəraitdə mənşəyi məlum olmayan qida məhsullarını istehlak etməsinlər. Müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti icra qurumlarına müraciət olunur. İstehlakçılar belə hallarla qarşılaşdıqda aidiyyəti icra oqranlarına və ya Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat verə bilərlər”.

Tarix
2026.07.24 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla