Yuxarı

Sumqayıt qatarında problem yaşandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt qatarında problem yaşandı

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarların hərəkətində problem yaranıb.

Report-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 18:30-da Bakı-sərnişin stansiyasından hərəkət etməli olan qatar yola düşə bilmir.

Stansiyanın məsul şəxsləri buna səbəb kimi elektrik xətlərində yaranmış nasazlığı göstərirlər.

Nəticədə sərnişinlərin əksəriyyəti həmin vaxta aldıqları biletləri nə qaytara, nə də yola düşə bilirlər. Bu səbəbdən sərnişinlərlə stansiya nəzarətçiləri arasında mübahisə yaranıb.

Nəzarətçilər biletlər üçün ödənilmiş pulu qaytarmağa səlahiyyətlərinin olmadığını bildirirlər.

Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarlarda birtərəfli biletin qiyməti ekonom-klass üçün 80 qəpik, biznes-klass üçün 1.60 qəpikdir.

Tarix
2016.10.06 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla