Yuxarı

ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama

Azərbaycan Dəmir Yolları Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi üzrə işləri davam etdirir.

ADY-dən Axar.az-a verilən məlumata görə, hazırda layihələndirmə işlərinin 90, tikinti-quraşdırma işlərinin isə 44 faizə yaxını başa çatıb.

Ümumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid də daxil olmaqla, ümumilikdə 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur.

Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin isə tikinti işləri sürətlə davam etdirilir.

Ağdam–Xankəndi dəmir yolunun istifadəyə verilməsi Qarabağda nəqliyyat əlçatanlığının artırılmasına, bölgənin sosial-iqtisadi inkişafına, eləcə də Bakıdan Xankəndiyə “Böyük Qayıdış” prosesinin sürətlənməsinə mühüm töhfə verəcək.

Tarix
2026.07.31 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla