Yuxarı

Beyləqanda naməlum heyvan skeleti tapıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beyləqanda naməlum heyvan skeleti tapıldı - Video

Beyləqan rayonunun Aşıqalılar kənd sakini Qəhrəman Mehdiyevə məxsus fərdi yaşayış evinin zirzəmisindən naməlum heyvan skeleti tapılıb.

ARB xəbər verir ki, heyvan skeleti evdə təmir işləri aparılarkən aşkar olunub. Kənd sakinlərindən birinin bildirdiyinə görə, heyvanın sümüyünün bir hissəsində qalan dəri parçası onun yaxın zamanlarda öldüyünə dəlalət edir.

Burada əsas diqqət çəkən məqam isə onun qabaq ayaqlarının olmamasıdır. Alt və üst çənədəki ön dişlərdən onun yırtıcı olması da ehtimal edilir. Lakin ayağın pəncə hissəsində caynaqlar yoxdur. "Əvəlcə evdən qoxu gəlib. Döşəməni sökəndən sonra görüblər ki, orada bir heyvan skeleti var" deyə Beyləqan rayonunun Aşıqalılar kənd sakini Baxış Novruzov vurğulayıb.

Sakinlər bildirirlər ki, bu günə qədər kənd ərazisində belə bir forması olan heyvana rast gəlməyiblər. Buna görə də onun hansı heyvan olduğunu müəyyənləşdirmək çətindir. Beyləqan Rayon Baytarlıqİdarəsindən verilən məlumata görə skeletin uzunluğu 30 santimetrdir. Onun iki arxa ətrafı,14 cüt qabırğası, 7 boyun, 14 döş, 7 bel, 9 büzdüm fəqərəsi var.

İdarədən verilən məlumata görə, aşkar edilən skelet barədə daha dəqiq sözü yalnız mütəxəssislər deyə bilərlər.

Tarix
2016.10.09 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla