Yuxarı

Bakıda 80 milyonluq ev: hansı məşhur alıb? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 80 milyonluq ev: hansı məşhur alıb? - Video

Əmlak məsələləri üzrə ekspert Vüqar Əliyevin qatıldığı verilişdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Belə ki, o, Bakıda 80 milyon manatlıq mənzilin olduğunu, onu da ölkədə tanınmış məşhur simanın satın aldığını deyib.

Bakıda həmin qiymətə mənzil varmı? Onu hansı məşhur sima ala bilər?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucov deyib ki, 80 milyon manat dəyərində fərdi yaşayış evindən söhbət gedirsə, həmin əmlakın ən azı 4-4,5 min kvadratmetr sahəsi və ya böyük həyətə, torpaq sahəsinə malik olması gözləniləndir.

“Mənzildən söhbət gedirsə, onun da ən azı 3-3,5 min kvadratmetr sahəsi olmalıdır. Çünki Bakıda ən yüksək qiymətli elanlar “Crescent Recidence”də, yəni “Crescent mall”ın üzərində yerləşən mənzillərdir. Orada bir kvadratmetrin qiyməti 17-18 min manat, ən yüksək qiymətlə isə 20 min manat civarındadır”, - V.Orucov vurğulayıb.

O qeyd edib ki, bu baxımdan 80 milyon manatlıq mənzil barədə yayılan məlumat real görünmür:

“Çünki 4 min kvadratmetrlik mənzil və ya fərdi yaşayış evini artıq klassik mənada mənzil və ya fərdi yaşayış evi adlandırmaq olmaz. Bu, daha çox yaşayış kompleksi xarakteri daşıyır. Bir mərtəbədə adətən 5-8, bəzi hallarda isə ən çoxu 10 mənzil olur. Onların ümumi sahəsi isə təxminən 1 500-2 000 kvadratmetrdən artıq olmur. Ona görə də hesab edirəm ki, bu informasiya reallığa uyğun deyil”.

“Bu evi ölkədə ala biləcək məşhur sima varmı?” sualına cavab olaraq Vüqar Orucov bildirib ki, Azərbaycanda belə məbləğdə əmlak almaq imkanına malik şəxslər mövcuddur:

“Ölkəmizdə 80 milyon manatlıq əmlakı almaq və belə bir alqı-satqı həyata keçirmək imkanına malik məşhur şəxslər, təbii ki, var. Bu həm rəsmi, həm də qeyri-rəsmi şəkildə mümkün ola bilər. Lakin Azərbaycanda vergi sistemi hələ tam formalaşmadığı üçün kimin hansı əmlaka sahib olduğunu müəyyənləşdirmək çətindir. Bu səbəbdən belə alqı-satqı məlumatlarının reallığını qiymətləndirmək də asan deyil. Bu baxımdan suala belə cavab vermək olar: bəli, Azərbaycanda 80 milyon manatlıq əmlak almaq imkanına malik şəxslər var. Amma qeyd olunan alqı-satqıdakı əmlakın məhz mənzil olduğunu düşünmürəm. Söhbət başqa tipli daşınmaz əmlakdan gedə bilər”.

Tarix
2026.08.24 / 09:35
Müəllif
Axar.az
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla