Yuxarı

Mikro biznes krediti: həm Birbankda, həm Birbank Biznesdə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mikro biznes krediti: həm Birbankda, həm Birbank Biznesdə...

Ölkənin ilk rəqəmsal bankı Birbank sahibkarların maliyyə əlçatanlığını daha da artırır. Belə ki, kiçik və orta biznes adamları Mikro biznes krediti əldə etmək üçün indi həm Birbank, həm də Birbank Biznes mobil tətbiqindən müraciət edə bilərlər. Beləliklə, sahibkarlar biznesləri üçün əlavə vəsaitə ehtiyac duyduqda iki tətbiqdən istədiklərini seçmək rahatlığına malikdirlər.

Kredit müraciətinin bütün mərhələləri rəqəmsal şəkildə həyata keçirilir və 50 000 AZN-dək Mikro biznes krediti tam onlayn şəkildə rəsmiləşdirilir. Kredit üçün banka və ya filiala getməyə, zamin və girov təqdim etməyə ehtiyac yoxdur. Müraciət zamanı sənəd təqdim edilməsi də tələb olunmur. Dəyərləndirilmə biznesə baxış keçirilmədən aparılır və kredit müraciti bankın mövcud kredit siyasəti, eləcə də risk qiymətləndirməsi əsasında həyata keçirilir. Həmçinin, kredit sənədləri tətbiq daxilində elektron qaydada imzalanır. Müraciət təsdiqləndikdən sonra kredit vəsaiti sahibkarın hesabına köçürülür.

Mikro biznes kreditindən yararlanmaq üçün sahibkarın VÖEN-i və ya Kapital Bankda AZN valyutalı sahibkar hesabı olması yetərlidir. Hesabı olmayan sahibkarlar Birbank Biznes tətbiqindən rahatlıqla hesab aça bilərlər.

Ətraflı məlumat üçün: www.b-b.az/BiznesB

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2026.08.24 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla