Yuxarı

Narkotiklə Azərbaycana keçmək istəyən əcnəbi saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotiklə Azərbaycana keçmək istəyən əcnəbi saxlanıldı

Dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılığın və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər uğurla davam etdirilməkdədir.

DSX-nin mətbuat mərkəzindən Axar.az-a bildiriblər ki, oktyabrın 11-də keçirilmiş tədbirlər nəticəsində Beyləqan rayonun 2-ci Şahsevən kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İran-Azərbaycan dövlət sərhədini pozmuş Türkiyə Respublikası vətəndaşı, 1985-ci il təvəllüdlü Kisalar Bağış Bayram oğlu saxlanılıb. Onun üzərindən 97 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları, 12 ədəd psixotrop həb, bir noutbuk, 3 mobil telefon, saxta olması ehtimal edilən 5000 (beş min) rus rublu, iki pasport və müxtəlif bank kartları aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, B.Kisalar 2012-ci ildə rəsmi qaydada Azərbaycan Respublikasına gəlib. Ölkə ərazisində yaşama qaydalarını pozduğuna görə 2016-cı il yanvarın 9-dan onun Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəyə girişinə məhdudiyyət qoyulub.

B.Kisalar bu il oktyabrın 9-da rəsmi qaydada Türkiyədən İrana gedib və bir gün sonra yerli bələdçilərin köməyi ilə İrandan Azərbaycana ötürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.10.13 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla