Yuxarı

Bakıda piyada ölümü – Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda piyada ölümü – Anbaan video

Sentyabrın 3-də Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizliyin bir an belə diqqətdən kənarda saxlanılmamasının vacibliyini bir daha göstərir.

Axar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib.

O bildirib ki, çoxzolaqlı yol sadəcə keçilməli olan geniş məsafə deyil və onun hər zolağı ayrıca təhlükə mənbəyidir.

"Bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında görməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq, geri qayıtmaq və ya qaçmaq qəza riskini daha da artırır", - R.Tağıyev qeyd edib.

Şöbə rəisinin sözlərinə görə, intensiv hərəkətin olduğu yollarda məsafəni gözlə hesablamaq aldadıcı ola bilər. Uzaqda görünən avtomobil qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər.

O vurğulayıb ki, piyada hərəkət hissəsində olarkən bütün zolaqlardakı nəqliyyat vasitələrinin sürətini və məsafəsini eyni anda düzgün qiymətləndirə bilməz:

"Yolu qaçaraq keçmək təhlükəli sahədə qalma müddətini azaltmır, əksinə, vəziyyətə nəzarəti zəiflədir. Bir neçə saniyə tez qarşı tərəfə çatmaq istəyi insanı bir neçə fərqli risklə eyni anda üz-üzə qoyur".

DYP rəsmisi piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb:

"Bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir.

Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın".

Tarix
2026.09.04 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla