Yuxarı

Kosmetoloq göz rəngini dəyişdirdi, fəsad yarandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kosmetoloq göz rəngini dəyişdirdi, fəsad yarandı - Foto

Moskvada yaşayan, sosial şəbəkələrdə “dr_julietta“ adı ilə tanınan kosmetoloq Bakıda keçirdiyi keratopiqmentasiya əməliyyatından sonra görmə ilə bağlı problemlər yaşadığını iddia edib.

Axar.az 1nyus.az-a istinadən xəbər verir ki, qadın təxminən iki il əvvəl Bakıda oftalmoloq Cahid Şahbazov tərəfindən göz rənginin dəyişdirilməsi əməliyyatı keçirib. İlkin mərhələdə əməliyyatın uğurlu olduğunu düşünən kosmetoloq zaman keçdikcə, xüsusilə də doğuşdan sonra görməsində ciddi dəyişikliklər yarandığını bildirib.

“Mən kataraktası olan insan kimi görürəm. Dünən uzunmüddətli müayinədən keçdim, çünki görməyimin pisləşdiyini hiss etdim. Həkim bildirdi ki, formal olaraq görmə qabiliyyətim 100 faizdir. Amma məni qaranlıqda və yan işıqda görmə narahat edir. Boyaya görə bütün rənglər solğun görünür, uzaqdakı hər şey bulanıqdır. Gözlərimdə də sanki çıxarmaq istədiyim bir pərdə hissi var”, - deyə kosmetoloq bildirib.

O, piqmenti sildirmək və gözlərinin təbii qəhvəyi rənginə qayıtmaq qərarına gəlib. Hazırda bunun üçün Rusiyada mütəxəssislərə müraciət etməyə hazırlaşır.

Həkimin köməkçisi pasiyentin iddialarını təkzib edib və onun açıqlamalarının sosial şəbəkədə gündəm yaratmaq məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, bu, Cahid Şahbazaovun fəaliyyəti ətrafında ilk qalmaqal deyil. Bundan başqa, oftalmoloqun fəaliyyəti ilə bağlı digər pasiyentlərin də şikayətləri yayımlanıb. Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həkim barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi də başlanıb. Maddə səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan mühüm zərər və ya digər ağır nəticələrə səbəb olmanı nəzərdə tutur.

Tarix
2026.09.05 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla