Yuxarı

Lerik sakini həyətdən nadir heyvan tapdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lerik sakini həyətdən nadir heyvan tapdı - Foto

Hamarmeşə kənd sakini Qadir Rzayev yaşadığı evin həyətindəki saxlanc quyusunda indiyə qədər rast gəlmədiyi xəz dərili heyvan olduğunu görüb.

Report-un məlumatına görə, Lerik rayon sakininin həyətində yırtıcı heyvan peyda olub. Qadir Rzayaev əvvəl onun tülkü balası olduğunu zənn edib.

Kənd sakinlərinə tutduğu heyvanı göstərəndə yaşlı insanlar bunun el arasında "alaboyun" adlandırılan heyvan olduğunu, ancaq çox nadir hallarda gözə göründüyünü bildiriblər.

Q.Rzayev müəllim olduğundan məktəbdə də həmkarlarına bu barədə söyləyib. Bir qədər araşdırdıqdan sonra həyətdə aşkar olunan bu xəzdərili heyvanın latınca adının "Martes" olduğu müəyyənləşib. Yırtıcılar dəstəsinin dələkimilər fəsiləsinə aid edilir. Belə ki, o kiçik canlılarlar, quşlarla qidalanır. Hətta sürətli qaçmaq və cəldlik bacarığı olduğundan dovşanı belə rahat ovlaya bilir.

Onun quyruğu ilə birlikdə uzunluğu 70 sm-ə, çəkisi təxminən 1,5 kq-a qədərdir. Bu yırtıcı əsasən Avropa və Asiyada dağlıq, meşəlik ərazilərdə yaşayır. Bir neçə növü var.

Hirkan Milli Parkının mütəxəssisi Hacağa Səfərov bu növ yırtıcıların bir neçə növünün olduğunu bildirib: "Tək halda yaşayan bu yırtıcıların öz arealları olur. Meşələrimizdə yaşasa da, insan yaşayış yerlərində təsadüf hallarda müşahidə olunur. Çox güman ki, son günlər yağan güclü leysan yağışları nəticəsində kəndin ərazisinə gəlməsinə səbəb olub. Və ya ev quşlarının ovuna çıxıb."

Qadir Rzayev həyətində rastlaşdığı heyvanın xəstə olduğunu və bir qədər qulluq etdikdən sonra meşəyə buraxacığını bildirib.

Tarix
2016.10.16 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla