Yuxarı

Məhkəmədən Sevinc Hüseynova ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmədən Sevinc Hüseynova ilə bağlı qərar

Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu.

Axar.az xəbər verir ki, bu barədə Unikal.az-a "Bakı Şəhəri 5 saylı" Vəkil bürosunun vəkili Asim Abbasov məlumat verib.

Vəkilin sözlərinə görə, bu gün Füzuli Rayon Məhkəməsində keçirilən prosesdə müğənni Afət Fərman qızının bloger Sevinc Hüseynova barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə baxılıb.

Daha sonra qərar qəbul edilib.

Qərara əsasən, bloger Sevinc Hüseynova müğənni barəsində kütləvi informasiya vasitələrində böhtan atması, xüsusi ilə ağır cinayət törətməkdə ittiham etməsi, eyni zamanda nalayiq ifadələrlə təhqir etməsi, şərəf və ləyaqətini alçaltması ilə bağlı paylaşım etdiyinə görə, Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma), 148-ci (təhqir) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Tarix
2026.09.25 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla