Yuxarı

Nazirlikdə Dmitro Şlapaçenko ilə görüş keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdə Dmitro Şlapaçenko ilə görüş keçirildi - Foto

Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib.

Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, D.Şlapaçenkonun ölkəmizdəki fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişafına dəyərli töhfələr veriləcəyinə əminliyini ifadə edib.

D.Şlapaçenko Azərbaycanda aparılan sosial islahatlar prosesində, sosial cəhətdən həssas qruplara dəstək göstərilməsi işlərində BMT qurumları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında səmərəli əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin əhəmiyyətindən bəhs olunub.

Bu əməkdaşlıq çərçivəsində Nazirliyin müxtəlif fəaliyyət sahələri üzrə, xüsusilə insan kapitalının inkişafı, layiqli əmək şəraitinin təşviqi və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.

Tarix
2026.10.08 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla