Yuxarı

Biabırçılıq: "Atəşgah"da hesab 4 dəfə dəyişdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biabırçılıq: "Atəşgah"da hesab 4 dəfə dəyişdi - Video

Bakıda "Atəşgah" məbədini ziyarət edən bir qrup turist məbədin ərazisindəki "Atəşgah" restoranında onlara sifariş etdikləri yeməklərin dəyərindən xeyli artıq hesab təqdim edildiyini iddia edib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı turist sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Çindən olan dostları ilə birlikdə məbədə ekskursiyaya gəliblər. Daha sonra yemək yemək üçün ərazidə yerləşən "Atəşgah" restoranına üz tutublar.

Turistin sözlərinə görə, sevgilisi Azərbaycan dilində danışdığı üçün turistlərə təqdim olunan menyunu deyil, adi menyunu istəyib. Sifarişlərini də həmin menyudakı qiymətlərə əsasən veriblər.

O iddia edib ki, sifarişin ümumi dəyəri 108 manat olduğu halda, onlara əvvəlcə 180 manatlıq hesab təqdim edilib. Narazılıqlarını bildirdikdən sonra hesab 160, daha sonra isə 130 manat olaraq dəyişdirilib. Turistlər yalnız menyudakı qiymətləri kalkulyatorla özləri hesabladıqdan sonra düzgün məbləği müəyyən edə biliblər:

"İndi burada dayanıb məsələni aydınlaşdırmağa çalışırıq. Bizi dörd dəfə aldatmağa cəhd etdiklərini düşündüyümüz üçün həmin hesabı ödəməyəcəyimizi bildiririk.

Qarşınızda Azərbaycan dilində danışan, sifariş verən və restoranlarda belə halların baş verə biləcəyini bildiyi üçün əvvəlcədən turistlər üçün nəzərdə tutulan menyunu deyil, adi menyunu istəyən bir insan var. Halbuki, prinsip etibarilə, belə bir ayrı-seçkilik qanunsuzdur. Siz isə qonaqlarınızın qarşısında ölkənizi bu cür biabır edirsiniz.

Baş verənlərə görə dəhşətli dərəcədə əsəbiləşmişəm. Xüsusilə ona görə ki, artıq bir saatdır burada dayanıb məsələni həll etməyə çalışırıq, amma heç bir nəticə yoxdur. Halbuki nə qədər əsəbi olduğumuzu görürlər.

Belə bir vəziyyətlə qarşılaşan olubsa, xahiş edirəm, bunun necə həll edilə biləcəyini desin. Çünki düşünürəm ki, "Atəşgah"da çox sayda turisti aldadırlar. Təsəvvür edin, restoranda nə qədər yemək yediyinizi hesablamaq üçün kalkulyatordan istifadə etmək məcburiyyətində qalırsınız. Bu, nə qədər alçaldıcıdır! Sadəcə biabırçılıqdır! Heç utanmırsınız?!"

Tarix
2026.10.17 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla