Yuxarı

Lerikdə dağ uçqunu oldu - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:01

Masallının Zuvand kəndinə giriş yolu bağlanıb, Lerik rayonunun Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində - "Dağlar qapısı" deyilən ərazidə isə dağ uçqunu baş verib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Hər iki prosesin sürüşmə ilə bağlı olduğunu deyən S.Əmiraslanov bildirib ki, Lerikə qarın yağması nəticəsində Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunda suxurlar arasındakı boşluq yuyulub:

"Nəticədə yolun 10-cu kilometrliyində ucqun baş verib. Yoldakı ən böyük ucqun kütləsinin ölcüsü 5 metrdir. Bu proses yolun təxminən 35-40 metr hissəsini əhatə edir. Hazırda yol istismar idarəsinin texnikaları yolun açılması üçün tədbirlər görür".

S.Əmiraslanov Masallının Zuvand kəndində də müvafiq strukturlar tərəfindən yolun açılması üçün tədbilərin görüldüyünü söyləyib.

O, hazırda ölkədəki digər sürüşmə sahələrində də aktivləşmənin müşahidə edildiyini bildirib.

Azəravtoyol ASC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.

Bildirilib ki, qısa müddət ərzində yolda hərəkətin bərpa edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub. Hazırda yolun digər hissəsinin təmizlənməsi istiqamətində addımlar atılır.

Tarix
2016.10.28 / 16:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla