Yuxarı

2 əsrdən çox tarixi olan bulaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala şəhərinin Zilban adlanan hissəsində eyni adlı bulaq yerləşir. Demək olar ki, ilin bütün fəsillərində, xüsusilə də yay aylarında sərin və daha təmiz su içmək istəyən hər kəs bu bulağa üz tutur.

ARB Şəki xəbər verir ki, bura təkcə şəhər əhalisi yox, rayonun kəndlərindən və hətta qonşu rayonlardan belə gələnlər olur.

Bulağın olduğu küçənin sakinlərinin dediyinə görə, buranı rayona gələn turistlər də ziyarət edir.

Sakin: "5-6 yaşımdan bura gəlib su doldururam. O vaxtlar atamla, babamla gəlirdim. İndi isə özüm gəlib su doldururam. Hesab edirəm ki, təmiz sudur".

Bulağın suyunu belə məhşurlaşdıran isə suyunun yüngül olması, yəni içilərkən köpdürməməsi, ağırlıq verməməsi və qaynadılarkən qabın dibinə ərp yığılmamasıdır. Bulağın digər bir özəlliyi isə ondan ibarətdir ki, sakinlərin dediyinə görə hava nə qədər yağıntılı keçsə də suyu bulanmır, ilin bütün fəsillərində eyni qaydada gəlir.

Əhalinin ən çox istifadə etdiyi su mənbəyi olduğuna görə bulaq xüsusi diqqət mərkəzində saxlanılır. Vaxtaşırı suyun bakterioloji və sanitar kimyəvi tərkibi yoxlanılır. Mütəxxəsislər suyun bioloji və sanitar kimyəvi tərkibinin dəyişməməsinin səbəbini bulağın mənbəyinin yeraltı qaynama bulağından götürüldüyü və üzəri qum və kirəclə tikili olduğu üçün hava ilə təması olmaması ilə izah edirlər. Zaqatala və Şəki bölgəsində olan digər su mənbələr kimi bu bulağın suyunun tərkibindədə orqanizm üçün vacib olan minerallar, yod və flor olmasada gigiyenik cəhətdən təmiz olması suya olan tələbatı artıran əsas amillərdəndir.

Tarix
2016.11.04 / 22:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla