Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb.
"Axar.az" prezidentin saytına istinadən xəbər verir ki,
sərəncama əsasən Zeyqəm Hüseyn oğlu Hüseynov Sumqayıt Şəhər
Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.
18:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti
sərəncam imzalayıb.
Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət
Miqrasiya Xidmətinin rəisi Fazil Nəriman oğlu Ələkbərova III
dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi
verilib.
Bundan başqa İlham Əliyev "Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli
183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
19:03
Azərbaycan Respublikası Prezidenti əlillik ümumi xəstəlik, hərbi
xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi
əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də
qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə
görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin
təqaüdü"nün təsis edilməsi haqqında fərman imzalayıb.
19:21
"Müharibə əlillərinə
Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və
"Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin
təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında
dəyişiklik edilib.
"Axar.az" prezidentin saytına istinadən xəbər verir ki,
dəyişikliyə əsasən müharibə əlillərinə verilən aylıq təqaüdün
məbləği artırılıb.
I qrup müharibə əlillərinə - 150 manat
II qrup müharibə əlillərinə - 130 manat
III qrup müharibə əlillərinə - 100 manat.
20:26
"Axar.az" Prezidentin rəsmi saytına istinadən
xəbər verir ki, İlham Əliyev "Prokurorluq orqanlarında qulluq keçmə
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə və Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi haqqında fərman və sərəncam
imzalanıb.
20:45
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin
əməkdaşlarının "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə"
medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, miqrasiya orqanlarında qulluqda
fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı
əməkdaşları "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə"
medalı ilə təltif edilsinlər:
Abbasova Xəyalə Həsən qızı
Alıyev Siyasət İdris oğlu
Əliyev Elman Məmməd oğlu
Əzimov Rəşad Rizvan oğlu
Hacıyeva Esmira İsmayıl qızı
Hacıyev Kəyan Cabbar oğlu
Quliyev Nizami Mahir oğlu
Mansurov Vaqif Rahib oğlu
Məmmədov İntiqam Behbud oğlu
Nəbiyev Şahin Hidayət oğlu
Seyidov Yusif İbrahim oğlu
Səfərov Rövşən Elxan oğlu
Vəliyev Elxan Eldar oğlu