Yuxarı

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Ermənistanla Rusiya arasında münasibətlərin transformasiyaya ehtiyacı var, lakin bu, əlaqələrin tamamilə kəsilməsi ilə nəticələnməməlidir.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

O bildirib ki, Ermənistanda baş verənlər Rusiyanın ölkənin təhlükəsizliyinin təminatçısı kimi çıxış edə bilməyəcəyini göstərir:

“Bundan əlavə, regiondakı münaqişə başa çatıb, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. Bütün bu məqamlar nəzərə alınmalı və münasibətlərimiz yeni reallığa uyğunlaşdırılmalıdır. Bu, Ermənistanla Rusiya arasında münasibətlərin kəsilməsi demək deyil. Əksinə, Ermənistan-Rusiya münasibətlərinin inkişafı üçün böyük potensial var, lakin bunun üçün Rusiya Ermənistanın suveren qərarlarına hörmət etməlidir. İrəvan Rusiya ilə mövcud problemləri, o cümlədən iqtisadi məsələləri müzakirə etməyə və onları sakit şəraitdə, danışıqlar yolu ilə həll etməyə çalışmaqda davam edəcək. Ermənistan bir sıra əsas strateji məsələni, xüsusilə də regiondakı infrastrukturun blokadadan çıxarılması və açılması ilə bağlı məsələləri həll etməlidir. Bu baxımdan, İrəvan dəmir yolu infrastrukturu ilə bağlı məsələnin həllinə nail olmalıdır. Bir tərəfdən, TRİPP proqramının həyata keçirilməsi blokadanın aradan qaldırılması üçün geniş imkanlar yaradır. Digər tərəfdən, əgər infrastrukturun blokadadan çıxarılması baxımından TRİPP yeganə fəaliyyət göstərən layihə olaraq qalarsa, bizim problemlərimiz yaranacaq. Dəmir yolu infrastrukturu Ermənistanın xarici dünya ilə əlaqəsini təmin etməlidir. Bu məsələ tərəfdaşlarla səmimi və sakit bir atmosferdə həll edilə bilər”.

Tarix
2026.09.23 / 14:09
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla