Yuxarı

Bakı-Şamaxı yolu bağlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından yağan qar və havanın temperaturunun aşağı düşməsi səbəbindən Bakı-Şamaxı-Yevlax magistralında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Report-un məlumatına görə, magistralın 38, 40 və 48-ci kilometrliklərində nəqliyyatın hərəkəti məhdudlaşıb.

Yağan qardan sonra, yolların buz bağlaması sürücüləri çətin duruma salıb.

Daha çox çətinlik isə magistralın Abşeron rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları səhər saatlarından başlayaraq sözügedən ərazidə gücləndirilmiş iş rejiminə keçib. Bundan başqa, yolun qardan təmizlənməsi üçün Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsi əraziyə cəlb edilib. Magistral qar və buzdan qismən təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.

Hazırda sözügedən ərazilərdə qar yağmaqda davam edir, havanın temperaturu -4 dərəcədir.

Tarix
2016.11.23 / 15:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla