Yuxarı

İrandan Azərbaycana bu məhsulların idxalına qadağa

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda (İran) iki damazlıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) xəstəliyi yayılıb.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən xəbərə görə, bu məlumat noyabrın 22-də Dünya Heyvan Sağlamlığı Təşkilatı (BEB) tərəfindən daxil olub.

Bununla əlaqədar, Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün İrandan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması məqsədi ilə əmr imzalanıb. İranda ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5N8) xəstəliyi ilə bağlı ölkənin bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə DBNX-nin müvafiq bölmələrinə tapşırıq verilib.

Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə İran Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.

DBNX əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.

Tarix
2016.11.24 / 11:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla