Yuxarı

Bu rayonda analoq yayım dayandırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan, dekabrın 1-dən etibarən 8 rayonda - Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında analoq televiziya yayımı dayandırılacaq.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov Report-a bildirib ki, MTRŞ-nın noyabrın 18-də bununla bağlı qəbul etdiyi qərarda dəyişiklik yoxdur: "Dekabrın 1-dən 8 rayonda analoq televiziya yayımı dayandırılacaq. Həmin gün ümumi rayonlar üzrə quraşdırılmış təxminən 330 analoq televiziya stansiyasından 77-si söndürüləcək. 330 analoq televiziya stansiyasını hələlik 145 rəqəmli televiziya stansiyası əvəz edəcək. Amma gələcək günlərdə rəqəmli TV stansiyalarının sayı 190-na qədər çatdırılacaq".

İ.Məmmədov bildirib ki, sonrakı mərhələdə 32, daha sonra 14 rayonda analoq yayım dayandırılacaq.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması işinin asanlaşdırılması məqsədilə respublikanın regionlarında analoq yayımın mərhələli şəkildə dayandırılmasını məqsədəmüvafiq hesab edib və Şuranın 10 saylı qərarında dəyişiklik olunub. Edilən dəyişikliyə əsasən regionlarda analoq yayımın dayandırılmasının 3 mərhələdə həyata keçirilməsi barədə qərar qəbul edilib.

II mərhələdə analoq yayımın (dekabrın 10-dan) Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə (dekabrın 20-dən) Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.

Tarix
2016.11.30 / 10:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla