Yuxarı

Polis rəisi icra başçısı ilə davasından danışdı – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yayılan informasiyalar yalandır, orda dava olmayıb".

Bu sözləri "Axar.az"a açıqlamasında Laçın Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimov deyib.

O, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovla aralarında olan dava ilə bağlı yayılan xəbərlərin heç birinin doğru olmadığını bildirib: "Orda toyda iştirak etmişik. Amma heç bir dava-filan olmayıb. Yayılan informasiyaların hamısı yalandır".

Qeyd edək ki, martın 23-də Şabran rayon prokuroru Mübariz Bayramovun oğlunun toyunda Məhəmməd Kərimovla Ramiz Cəbrayılovun əlbəyaxa dalaşdıqları haqqında "Avropa.info" məlumat yayıb. Toyda Laçın RPŞ-nin rəisi keçmiş başçının salamını almadığına görə, mübahisə yaşandığı bildirilib. Bu zaman keçmiş icra başçısı ilə Laçının polis rəisi arasında dava düşüb. Bir-birini söyən və vuran R.Cəbrayılovla M.Kərimovu Suraxanı Rayon Polis Şöbəsinin rəisi sakitləşdirməyə çalışıb. Keçmiş icra başçısını Suraxanı polisinin rəisi hadisə yerindən uzaqlaşdırıb. Polis rəisi Məhəmməd Kərimovu isə əslən Kəlbəcərdən olan Siyavuş adlı prokurorluq işçisi sakitləşdirib.

Mübahisə zamanı polis rəisi Məhəmməd Kərimov keçmiş icra başçısına 100 tonlarla yanacaq satdığını, yardım pullarını mənimsədiyini, qeyri-əxlaqi hərəkətlər etdiyini xatırladıb. Polis rəisi Laçın camaatının hələ də keçmiş icra başçısından şikayətlər etdiyini deyib.

Yazıda həmçinin xatırladılıb ki, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılov hazırda Kənd Təsərüffatı Nazirliyində çalışır.

Tarix
2014.03.26 / 13:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla