Yuxarı

“Televiziya fenomeni” - Elçin Əlibəylidən yeni kitab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin yeni kitabı çap olunub. “Televiziya fenomeni” adlı kitab daha çox televiziya işinin praktika və əməli tərəfindən söhbət açır.

Teleqraf.com-un xəbərinə görə, kitab televiziyanı izləyən, bu sahədə çalışan, medianın tədqiqi ilə məşğul olan hər kəs üçün maraqlı mənbə ola bilər.

Müəllif indiyədək çözülməyən, haqqında danışılmayan bir çox məqamlara xüsusi diqqət ayırıb. Televiziyada çalışmaq, uğurlu aparıcı, moderator, prodüser, redaktor olmaq istəyən, müstəqil şəkildə veriliş hazırlamaq arzusunda olanlar üçün də kitab yaxşı bələdçi rolunu oynaya bilər. Verilişin ideyasından başlamış, quruluşuna qədər bütün peşəkar sirləri sizə təqdim edən bu kitabla yeni televiziya layihəsi yaradıb, onu təqdim edib, marketinq işini düzgün qurub uğur qazana bilərsiniz.

Oxucular kitabda həmçinin aparıcılıq, verilişin quruluşu, onun yayımının təşkili, reklam və sponsorluq fəaliyyəti, reytinq haqqında olduqca maraqlı və yeni məlumatlar əldə ediləcək.

Kitabda bu sahədə çalışan və çalışmaq istəyənlər üçün səhvlər, qarşıya çıxa biləcək problemlərdən xilas olmaq üçün faydalı məsləhətlər yer alıb. “Televiziya fenomeni” peşəkar tədqiqatçılar və televiziya işçiləri üçün isə faydalı mənbədir.

Qeyd edək ki, kitab “Günəş” nəşriyyatınta çap olunub. Bu, müəllifin sayca dördüncü kitabıdır.

Tarix
2016.12.16 / 22:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla