Yuxarı

Köçkünlər Bakıdan köçürüləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı şəhərindən məcburi köçkünlərin köçürülməsi prosesi 2016-cı ildən etibarən həyata keçiriləcək. O vaxta qədər Bakıdan köçürülmə olmayacaq".

Bunu Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib: "Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində geniş yer ayrılıb. Orada böyük yaşayış kompleksi tikiləcək. 2016-cı ildə tikinti işlərinə başlanacaq və elə həmin ildən də məcburi köçkünlərin köçürülməsinə başlanılacaq. Lakin istisna hallar ola bilər, bu da dövlət ehtiyacları ilə əlaqədardır. Zərurət yaranarsa, tam hazır mənzillər alınır və məcburi köçkünlər köçürülür. Amma komitənin xəttilə tam köçürülmə 2016-cı ildən tez olmayacaq".

Komitə rəsmisi ancaq bunun 2016-cı ilə qədər ümummiyyətlə, köçürülmə olmayacağı anlamına gəlmədiyini bildirib: "Hazırda regionlarda da böyük tikinti işləri gedir. Respublikanın 8-9 rayonunda məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün sürətli tikinti işləri aparılır. Həmin tikinti işləri başa çatan kimi köçürülmə başlayacaq" ("modern.az").

Tarix
2014.03.31 / 11:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla