Yuxarı

Azərbaycanlı qanuni oğrunun qulağını kəsdilər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı qanuni oğrunun qulağını kəsdilər - Foto

12.25 16:38

Azərbaycanlı qanuni oğru Rafiq Eyvazov Türkiyədə döyülüb.

Musavat.com-un məlumatına görə, R.Eyvazovun döyülməsinin dəqiq səbəbi məlum deyil, amma böyük ehtimalla buna səbəb azərbaycanlı kriminallar arasında son aylar qızışan “razborka”dır.

***

Türkiyədə döyülən azərbaycanlı qanuni oğru Rafiq Eyvazovla bağlı yeni faktlar ortaya çıxıb.

Bakipost.az saytı onlara göndərilən fotolar əsasında Rafiq Eyvazovun qulağının kəsildiyini bildirib.

Qeyd edək ki, R.Eyvazov kriminal aləmdə “Masallı Rafiq” kimi tanınır. O, bir neçə il bundan əvvəl həbsxanada serrozdan vəfat etmiş qanuni oğru Məmməd Hüseynovun (“Masallı Mamed”) uzaq qohumudur. 2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulmuşdu. O zaman Rusiyanın “Praym kraym” nəşri bu həbslə bağlı sensasion bir xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, R.Eyvazovun “taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov qanuni oğru adı aldıqdan sonra həbsxanaya girməli, burada isə “Lotu Quli” ləqəbli Nadir Səlifova “problem yaratmalı” imiş. İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, “zon”da qanuni oğrnun Qulinin deyil, onun olduğu sübuta yetirilsin. 2013-cü ilin martında həbs edilən R.Eyvazov haqda bundan sonra heç bir məlumat olmayıb. Onun hansı cəza aldığı, harada cəza çəkdiyi barədə xəbər ictimailləşməyib. Amma göründüyü kimi, R.Eyvazov hazırda azadlıqdadır və Türkiyəyə yerləşib.

Onun məhz Türkiyədə döyülməsi də diqqət çəkir. Bu ilin avqustunda Rövşən Canıyev (“Rövşən Lənkəranski”) Türkiyədə qətlə yetirdikdən sonra bir-birlərini qəbul etməyən azərbaycanlılar arasında kriminal razborka daha da qızışıb. Lənkəranskinin Türkiyədəki obyektləri uğrunda da ciddi mübarizə gedir.

Quli tərəfdarları hələ ki, Lənkəranskinin buradakı nəzarət etdiyi obyektlərə öz iddialarını ortaya qoymayıblar. Amma sirr deyil ki, Qulinin qardaşı - qanuni oğru Namiq Səlifov bir neçə ildir Türkiyədə yaşayır. Lənkəranskinin qətli günü yanında olan qanuni oğru "Hacı Beyləqanski" kimi tanınan Hacı Talıbxanlı da hadisədən bir müddət sonra azadlığa buraxılıb. Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı. Belə xəbərlər var ki, o da Türkiyədə qalmaq və Lənkəranskinin obyektlərinə nəzarət etmək istəyindədir. Bu obyektlər uğrunda mübarizə tərəflərindən hər hansı birinə yaxın olmaq isə indi olduqca təhlükəlidir...

Tarix
2016.12.26 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

Bakılı qadın Rusiyada nazir postuna gətirildi

Azərbaycan “kənd mübadiləsinə” getməyəcək – Səbəb

Azərbaycan Rusiya və İranla buna dair razılıq əldə etdi

Gəncəvinin büstünün üstü bağlandı - Video

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla