Yuxarı

Bayram axşamı üçün TV-lər nə hazırlayıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayram axşamı üçün TV-lər nə hazırlayıb?

ATV kanalı Yeni il üçün hər il olduğundan fərqli bir proqram hazırlayıb. Kanal rəhbərliyi bu il bütün aparıcılarını yığaraq, Qubada komediya janrında film çəkib. Bayram günü həmin film yayımlanacaq. Daha sonra isə “Axırıncı yol” filmi ilk dəfə televiziyada nümayiş etdiriləcək.

Axar.az xəbər verir ki, Lider TV isə bu il də həmişəki ənənəsinə sadiq qalaraq, Dənizkənarı Parkda müğənnilərin iştirak etdiyi konsert proqramı ilə efirdə olacaq.

İctimai TV-də bayram axşamı efirdə müğənnilərin iştirakı ilə musiqili veriliş yayımlanacaq.

AzTV-də əvvəlcə musiqili proqram, saat 00:00-dan sonra isə xalq artisti Zeynəb Xanlarovanın çıxışı olacaq.

Xəzər TV bayram axşamı üçün “Xəzər əməliyyatı” adlı yumoristik tamaşa hazırlayıb.

Speys TV-də isə “Bu şəhərdə” komandasının konsertlərindən biri nümayiş etdiriləcək.

Tarix
2016.12.30 / 12:00
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla