Yuxarı

Kamal Abdulla arxiyepiskopla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla arxiyepiskopla görüşdü

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının iqamətgahında arxiyepiskop Aleksandr ilə görüşüb.

"Axar.az" "AzerTac"a istinadən xəbər verir ki, görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılıb, ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanıb.

Dövlət müşaviri ölkə rəhbərliyinin dövlət-din münasibətləri sahəsinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışıb.

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşı, o cümlədən pravoslav xristian icması üçün Azərbaycanda mövcud olan demokratik-hüquqi və mədəni-mənəvi şəraitə görə Azərbaycan xalqına, dövlətimizin başçısına minnətdarlığını bildirib.

Tarix
2014.04.03 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla