Yuxarı

DİM-in prokurorluğa müraciət etməsinin səbəbi bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) ötən il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsinin səbəblərini açıqlayıb.

Mərkəzdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün ərizə qəbulu aparılarkən namizədlərin sənədləri daim yoxlanılır: “Bu araşdırmalar zamanı təqdim olunan sənədlərdə hər hansı bir uyğunsuzluq aşkar olunarsa, onların həqiqiliyinin yoxlanılması üçün müvafiq nazirliklərə sorğular göndərilir.

Sənədlərin (o cümlədən diplomların) hüquqi əsasının olmadığı müəyyən edildikdə, onların araşdırılması üçün prokurorluq orqanlarına müraciət edilir. Yəni, müraciətlər əsasən bu qəbildən olur”.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə keçən il Dövlət İmtahan Mərkəzindən 5 müraciət daxil olub ki, bu müraciətlər əsasında araşdırmalar aparılıb.

Tarix
2017.01.16 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla