Yuxarı

Aurelia Qriqoriuya orden verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova İctimai Palatasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aurelia Qriqoriuya “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.

Axar.az xəbər verir ki, ordeni xanım Aurelia Qriqoriuya jurnalın baş redaktoru Emil Nəsirli Strateji Araşdırmalar Mərkəzində “Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsinin ən böyük humanitar faciəsidir” mövzusunda keçirilən “dəyirmi masa” da təqdim edib.

Tədbirdə Emil Nəsirli çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunub, Azərbaycan ərazisinin 20 faizinin hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu diqqətə çatdırıb. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində milliyyətçilik və etnik ayrı-seçkilik zəminində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qırğın törədildiyini qeyd edib, soyqırımı qurbanları haqda məlumat verib, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulayıb.

Baş redaktor tədbirdə iştirak edən Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriuya Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktların və təcavüzkar Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər həyata keçirdiyini qeyd edib.

Aureliya Qriqoriu qızıl ordenə görə təşəkkürünü bildirib. O, Xocalı faciəsinin təkcə Azərbaycan xalqının yarası olmadığını söyləyib, bu qətliamı bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirib.

Tarix
2017.02.23 / 20:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla