Yuxarı

Komitə sədri: Ermənilər atəşkəs zamanı 32 uşağı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı Soyqırımı Azərbaycan tarixininə ən dəhşətli səhifələrdən biri kimi daxil olub.

Teleqraf.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımını araşdırarkən həmin dövrdə Azərbaycanın təkləndiyini qeyd etməliyik:

“Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi. Azərbaycan inforamsiya blokadasından çıxdı. Bu gün xalqımıza qarşı törədilmiş soyqırım cinayətlərini, erməni vəhşiliyini, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatları ictimaiyyətə çatdırmaq istiqamətində tədbirlər həyata keçirilir”.

Hicran Hüseynova qeyd edib ki, münaqişə müddətində 1437 nəfərin əsir və girovluqdan azad edilməsinə nail olunub: “Bunlardan 210 nəfəri uşaqdır. 1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq, ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13 ölüb, 19-u yaralanıb”.

Komitə sədri qeyd edib ki, "Xocalıya ədalət!" kampaniyalarda Heydər Əliyev Fondu çox işlər görüb: “Bu tədbirlər çərçivəsində bir sıra ölkələrdə Xocalı soyqırımı tanınıb. Fondun prezidenti Mehriban Əliyevanın yeni vəzifəyə seçilməsi, ölkənin 1-ci vitse-prezidenti olması bu istiqamətdə də işləri gücləndirəcək”.

Tarix
2017.02.24 / 14:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla