Yuxarı

Zabil Müqabiloğlu torpağa tapşırıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:39

Dünən gecə saatlarında vəfat edən tanınmış jurnalist Zabil Müqabiloğlu bu gün torpağa tapşırılacaq.

Axar.az xəbər verir ki, dəfn mərasimi Pirşağı qəsəbəsindəki köçkünlər qəbiristanlığında keçiriləcək.

Xatırladaq ki, Zabil Müqabiloğlunun səhhəti gecə saatlarında qəfil pisləşmiş və o, koma vəziyyətində 1 saylı Kliniki Xəstəxanaya gətirilmişdi.

Z.Müqabiloğlu serrozdan əziyyət çəkirdi. 3 ay öncə də qanaxma ilə xəstəxanaya yatırılmışdı.

***

Tanınmış jurnalist Zabil Müqabiloğlu torpağa tapşırılıb.

Report-un xəbərinə görə, o, Pirşağı qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan qəbiristanlıqda valideynlərinin yanında dəfn olunub.

Xatırladaq ki, jurnalist ötən gecə müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) dünyasını dəyişib.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Jurnalist mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi.

Qeyd edək ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Tarix
2017.02.27 / 13:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla