Yuxarı

Əli İnsanovun həbs müddəti uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli İnsanovun həbs müddəti uzadıldı

Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.

Vəkil Toğrul Babayevin APA-ya verdiyi məlumata görə, məhkəmə müddəti daha bir ay uzadıb.

Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb

Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin arrel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

Tarix
2017.03.01 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Ramiz Mehdiyev izi: SSRİ-ni təbliğ edən ideoloji hücrələr...

Alov Qüllələrinin ətrafında tədqiqat aparılacaq

Naxçıvanda maarifləndirmə tədbirləri keçirildi - Video

Baş nazirdən mühüm qərar: Buna görə rüsum tutulacaq

Pəncəli Teymurovun anası Prezidentə məktub göndərdi

"Uitkoffgeyt" qalmaqalı: Ağ Evdə Rusiyanın casusu kimdir?

Bakıya səfər etməyə hazıram - Simonyan

Samirənin qucaqladığı erməni “dqr ordusu"nda xidmət edib

Bu forumun bəyannaməsi BMT-nin sənədi kimi yayımlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla