Yuxarı

Azərbaycan 24 iranlı məhbusu ölkəsinə təhvil verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş 24 iranlı məhbus məhkumluq dövrünün qalan hissəsini çəkmək üçün martın 2-də İrana təhvil verilib.

Axar.az-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə məlumat verib.

Səfir bildirib ki, İranın ədliyyə naziri Mustafa Purməhəmmədinin cari ilin fevralında Bakıya səfəri zamanı 24 iranlı məhbusun təhvil verilməsi ilə bağlı razılıq əldə olunub.

İranın ölkəmizdəki səfirliyinin konsulluq məsələləri üzrə məsul əməkdaşı Seyid Nasir Mircəmali bildirib ki, Azərbaycandakı iranlı məhbusların əksəriyyəti narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum edilib. O, Azərbaycana səfər etmək istəyən iranlılara Azərbaycan Respublikasının narkotik maddələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunları ilə tanış olmalarını, həmçinin özləri ilə psixotrop dərmanlar gətirməməyi tövsiyə edib.

Qeyd edək ki, son beş ildə Azərbaycandan İrana təhvil verilən məhbusların sayı 214-ə çatıb.

Tarix
2017.03.02 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla