Yuxarı

İran Azərbaycana 5 məhbus təhvil verəcək - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran 5 azərbaycanlı məhbusu ölkəmizə təhvil verəcək.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, İran Azərbaycana bu ölkənin həbsxanalarında saxlanılan beş azərbaycanlı məhbusun təhvil verilməsinə hazır olduğunu bildirib və hazırda həmin məhbuslarla bağlı sənədlərin təqdim olunmasını gözləyir.

Trend-in diplomatik mənbədən əldə etdiyi məlumata əsasən, Azərbaycana təhvil veriləcək məhbuslardan 4-ü kişi, 1-i isə qadındır. Onlar Hüseynov Zamin Ramik oğlu, Əliyeva Nəzakət Əli qızı, Sultanov Səbuhi Yavər oğlu, Yusifov Firdus Sultan oğlu, Sultanov Taleh Əziz oğludur.

Həmin məhbusların hansı ittihamla İranda saxlanıldığı və neçə il azadlıqdan məhrum edildiyinə dair məlumat verilməyib.

C.Axundov bildirib ki, Azərbaycanda müxtəlif müddətə həbs cəzaları almış bu məhbuslar cəzalarının qalan hissəsini ölkələrində çəkmələri üçün İrana təhvil veriləcəklər.

Xatırladaq ki, bundan öncə Azərbaycanda saxlanılan 25 iranlı məhbus ölkələrinə qaytarılıb. İran isə öz növbəsində casusluqda ittiham olunan 2 azərbaycanlı məhbusu ölkəmizə qaytarıb /Trend/.

Tarix
2014.04.22 / 11:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla