Yuxarı

Yasamal sakinləri elektrik təhlükəsi altında - Axar TV

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Yasamal rayon Zahid Xəlilov 64 ünvanında yaşayan sakinlər etiraz aksiyası keçirib. Etiraza səbəb "Bakıelektrikşəbəkə"nin yaşayış sahəsinə yaxın ərazidə qanunsuz yarımstansiyanın tikməsidir.

"Bizim həyatımız təhlükədədir"

Bu sözləri "Axar.az"a Yasamal rayon sakinləri bildirib. Onların sözlərinə görə, "Bakıelektrikşəbəkə"nin Yasamal rayon idarəsi Zahid Xəlilov 64 ünvanında qanunsuz şəkildə yarımstansiya tikir:

"Bu bizim həyat üçün çox təhlükəlidir. Evimizin yanında stansiya tikilərkən yaşayış sahəsi nəzərə alınmayıb. Qabaq sahədə su anbarı olduğu üçün o ərazi Azərsu-ya aiddir. Onlar isə bunu kimin icra etdiyini demirlər. Biz nə isə soruşduqda heç biri cavab vermir. ".

Sakinlər bildirir ki, yarımstansiya evlərinin bir addımlığında yerləşir:

"Evlərdə uşaqlar yaşayır, bunlar hamısı şüa mənbəyidir deyə hər an bizlərə ziyan dəyə bilər. Onlar hər gün məktəbə gedərkən yarımstansiyanın yaxınlığından keçirlər".

"Bakıelektrikşəbəkə" Yasamal rayon idarəsinin qəza xidmətinin rəisi İmdad Əhmədov əməkdaşımıza bildirdi ki, bu, prezidentin sərəncamına əsasən qurulur:

"Birincisi, bu yarımstansiya deyil, transformator məntəqəsidir. Həm də cənab prezidentin sərəncamına görə park salındığından orada yerləşən transformator su anbarından çıxarılmalıdır. Orada abadlıq işləri aparılır".

Onun sözlərinə görə, elektrik məntəqəsi heç bir ciddi təhlükə mənbəyi deyil:

"Bu məntəqə yaşayış sahəsindən 20-25 metr aralıda yerləşəcək. Düşünürəm ki, bunun sakinlər üçün heç bir təhlükəsi yoxdur".

Qeyd edək ki, sakinlərin etirazı hal-hazırda davam edir.

Tarix
2014.04.22 / 14:59
Müəllif
Elvin Mahmudov, Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla