Yuxarı

Ağcabədidə top mərmisi aşkarlandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağcabədidə top mərmisi aşkarlandı - Foto

Ağcabədi rayonunun Avşar kəndində Qarabağ kanalının kənarına baxış keçirilib, 1 ədəd 100 mm-lik yivsiz top mərmisi (3BK-16M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Axar.az-a verilən məlumata görə, ANAMA tərəfindən 500 kv.m ərazi yoxlanılıb (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları).

Ümumilikdə Agentlik yanvarın 1-dən martın 14-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 1 987 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 6 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 1 149 277 kv.m ərazi (457 817 kv.m əl, 288 500 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 289 960 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Tarix
2017.03.14 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla