Yuxarı

NATO ekspert qrupu Bakıda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO ekspert qrupu Bakıda - Foto

Bakıda Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professor-müəllim heyətinin və NATO/ABŞ ekspert qrupunun iştirakı ilə “Strategiya və qüvvə planlaşdırılması” və “Əməliyyatların hazırlanması və planlaşdırılması” mövzularında seminarlar keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, seminarlarda akademiyanın “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə” kursunun professor-müəllim heyəti və dinləyiciləri ilə ekspert qrupu arasında milli təhlükəsizlik strategiyaları və qüvvələrin planlaşdırılması mövzuları ətrafında müzakirələr aparılıb. Mövzulara dair mühazirələr dinlənilib.

Akademiyanın rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə keçirilən seminarlarda bu ali hərbi təhsil ocağında və ABŞ Silahlı Qüvvələrinin Qərargah Kollecində əməliyyatların hazırlanması sahəsində brifinqlər təqdim olunub.

Sonda NATO/ABŞ ekspert qrupu ilə DEEP çərçivəsində bu günədək görülən işlər və gələcək planlar müzakirə edilib.

Tarix
2017.03.15 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla