Yuxarı

İraqda azərbaycanlıların qətliamının 26-cı ildönümü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bir millətin övladlarıyıq, Kərkükə, Telafərə gedəndə, elə bilirsən Azərbaycanın bir bölgəsindəsən, eyni dil, eyni ləhcə, eyni millətin övladları yaşayır orada.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin 1991-ci ildə Altınköprüdə İraq türkmanlarına qarşı törədilən qətliamın 26-cı ildönümü ilə bağlı təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib. Q.Paşayeva bildirib ki, Altınköprüdə qardaş-bacılarımıza qarşı törədilən o dəhşətli qətliamı unutmayacağıq və unutdurmayacağıq:

“Səddam Hüseyn zülmündən İraq türkmanlarının çox əziyyət çəkib, amma təəssüf ki, Səddam Hüseynin devrilməsindən sonra da türkmanların əzabları bitmədi və hələ də davam edir. İraq türkmanlarının son 60 ildə yaşadıqları acılar və onların getdikcə daha da artması, evlərindən didərgin salan səbəbləri türk dünyası yaxşı bilməli və qardaş-bacılarımıza dəstək olmalıdır".

Millət vəkili Azərbaycanın hər zaman türk dünyası, İraq türkmanları ilə bağlı məsələlərə həssaslıqla yanaşdığını deyərək, türk dünyası, türk dövlət və toplumlarının İraq türkmanlarına dəstək və səylərini artırmalarının vacibliyini vurğulayıb. O, İraq və Suriyada türkman qardaş-bacılarımızın vəziyyəti ilə bağlı AŞPA-da təkrar çıxış edərək avropalıları onlara daha çox dəstək göstərməyə çağırdığını, bu günə qədər olduğu kimi bundan sonra da iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə İraq və Suriya türkmanlarının vəziyyətini hər zaman diqqətə çatdırmağa çalşacağını bildirib.

Tədbirdə İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin rəhbərləri Məhəmməd Tütünçü, Kamal Bayatlı, xalq şairi Sabir Rüstəmxanlı da çıxış edərək türk dünyasının İraq türkmənlərinə daha çox dəstək göstərməsinin vacibliyini vurğulayıblar.

Tədbirin sonunda İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin teatr kollektivi Altınkörpü qətliamı ilə bağlı tamaşa nümayiş etdirib. Tədbirdən sonra millət vəkili Q.Paşayeva İraq Türkmanları təşkilatlarının rəhbərləri ilə də görüşüb.

Tarix
2017.03.27 / 17:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla