Yuxarı

Bakıda bu şadlıq evi 12 milyona satışa çıxarıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 12 milyon manat dəyərində şadlıq evi satışa çıxarılıb. Son vaxtlar şadlıq evlərinin satışa çıxarılması, sənət adamları arasında toyların olmaması ilə bağlı söhbətlər gəzir.

Əmlak üzrə ekspert Ramil Osmanlı Aznyus.az-a açıqlamasında bildirib ki, xərclərin azaldılması kömək etmədikdə, ən yekun variant həmin əmlakın satışa çıxarılmasıdır:

“Əmlak gəlir gətirmirsə, onun uzun müddət saxlanılması bir tərəfdən həmin əmlakın dəyərinə mənfi təsir göstərir, digər tərəfdən isə sahibkara əlavə xərclər yaradır.

Məsələn, şadlıq evinin ilk vaxtlar dəyəri 5 milyon manatdırsa, artıq işləmədiyi vaxtlarda onun dəyəri 30-40% azalır. Digər tərəfdən sahibkar orada müəyyən işçi qüvvəsi saxlayır, kommunal xərclər ödəyir. Bu da sahibkara əlavə yükdür.

Optimallaşdırmada yeganə çıxış yolu işləməyən obyektin realizə olunması, yəni satışa çıxarılmasıdır. Bu da təbii prosesdir”.

R.Osmanlı şadlıq evinə 12 milyon manat məbləğində dəyər qoyulmasına da münasibət bildirib:

“Həmin əmlaka tikilən zaman müəyyən xərc çəkilib. Sahibkar heç bir halda onu çəkdiyi xərcdən aşağı qiymətə satmayacaq.

Hətta ilkin mərhələdə 15% xərclərin üstünə gəlinir və bundan sonra obyekt bazara çıxarılır. Ola bilər ki, bu obyekt 20 milyona satışa çıxarılıb.

Qiymət o vaxt real dəyər hesab olunur ki, alıcı ilə razılaşdırılsın. 12 milyon isə hələlik onun təklif qiymətidir. Təklif olunan dəyər heç bir vaxt real dəyər anlayışı daşımır”.

Tarix
2017.03.29 / 11:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla