Yuxarı

Bu xəstələrin taleyi MM-də müzakirəyə çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirilib.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva iclasda autizmli xəstələrin problemlərini qaldırıb. Q.Paşayeva bildirib ki, bu sahədə təcili olaraq qanun və dövlət proqramının qəbul olunmasına, bu uşaqların təhsil, təlim və reabilitasiyası üçün xüsusi mərkəzin yaradılmasına ehtiyac var:"

Bu gün autizmdən əziyyət çəkən bəzi uşaqlar və onların ailələri ilə görüşdük, Milli Məclisdən onların üzləşdiyi problemlərin həlli istiqamətində addımlar atmasını xahiş edirdilər".

Aprelin dünyada autizmli xəstələrlə bağlı ay elan olunduğunu deyən Qənirə Paşayeva övladları autizm sindromundan əziyyət çəkən ailələrin Milli Məclis və Hökumətdən bunu gözlədiyini deyib.

Autizmli uşaqlara zamanında yardım göstərməklə onların həyatını, gələcəyini çox hallarda xilas etməyin mümkün olduğunu deyən Qənirə Paşayeva müalicələrin bahalı olması, bu sahədəki mütəxəssislərin azlığı, əhali arasında bu istiqamətdə maarifləndirilmənin zəifliyinin ailələri xəstəliklə mübarizədə çətin vəziyyətdə qoyduğunu deyib. Ona görə də qanunvericilikdə bu məsələnin öz həllini tapması ilə bərabər autizmli uşaqların təhsil, təlim və reabilitasiyası üçün xüsusi mərkəzin yaradılmasına ciddi ehtiyac olduğunu deyib.

Tarix
2017.03.30 / 19:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla