Yuxarı

Bakı Marafonu-2017-nin qalibi məlum oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:31

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonu-2017-yə aprelin 30-da Dövlət Bayrağı Meydanından start verilib.

Axar.az xəbər verir ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edirlər.

Startdan əvvəl ötən il keçirilmiş marafonu işıqlandıran media nümayəndələrinin bir qrupuna mükafatlar təqdim olunub. Mükafat alanlar arasında Azərtac-ın müxbiri də var.

Saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir. Respublikamızın bölgələri ilə yanaşı, ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İran və digər ölkələrdən də iştirakçılar var. Yarışa ümumilikdə 13 mindən çox insan qatılıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Yarışın fan zonası Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur. Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Marafona 16 yaşdan yuxarı şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Yarışın finiş xətti və iki kateqoriyadan ibarət mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda olacaq. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər. Bununla yanaşı, kişi və qadın kateqoriyasının hər biri üzrə dördüncü, beşinci və altıncı yerləri tutan şəxslərə (ümumilikdə altı nəfərə) Avropa daxilində istədikləri ölkəyə ikinəfərlik səyahət bileti hədiyyə ediləcək. Yeddinci və səkkizinci yerlərin sahiblərinə Bakı Marafonu-2017-nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, doqquzuncu və onuncu yerləri tutanlara isə 100 manatlıq hədiyyə kuponu veriləcək.

İlk dəfə ötən il mayın 1-də keçirilən Bakı Marafonunda 7 mindən çox idman həvəskarı iştirak edib.

Bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir. Marafon yarışları idman tədbiri olmaqla yanaşı, həm də xeyriyyə məqsədi daşıyır. 1981-ci ildə keçirilən məşhur London marafonu ən böyük xeyriyyə tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Hazırda dünyanın bir çox ölkələrində xeyriyyə məqsədli marafonlar təşkil edilir.

***

“Küləyə qalib gəl” şüarı altında təşkil olunan Bakı Marafonu-2017-nin iştirakçıları Heydər Əliyev Mərkəzinə çatıblar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən marafonun iştirakçıları buradan Bakı Olimpiya Stadionuna doğru hərəkət edirlər. İyirmi bir kilometrlik məsafəni əhatə edən marafon Bakı Olimpiya Stadionunda başa çatacaq.

***

Bakı Marafonu-2017-nin qalibləri məlum olub.

Marafonda kişilər arasında birinci yeri 30 yaşlı Türkiyə vətəndaşı Veysi Aslan, ikinci yeri Türkiyə vətəndaşı Üzeyir Söyləməz, üçüncü yeri isə Rusiya vətəndaşı Vladislav Dimyanov tutub.

Qadınlar arasında da finişə ilk çatan Türkiyə vətəndaşı olub. Yayla Kiriç Ali bütün rəqiblərini arxada qoyub. Marafonun ikinci yerini ukraynalı Valentina Poltovskaya, üçüncü yeri isə İran vətəndaşı Pevsina Arab tutub.

Tarix
2017.04.30 / 11:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla