Yuxarı

Güzəştli mənzil gözləyənlərə - Şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev fərman imzalayaraq “Güzəştli mənzil” sistemi haqqında əsasnamə”ni təsdiqləyib. Əsasnamə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə elektron sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Novator.az xəbər verir ki, sənədə əsasən, elektron sistemin fəaliyyətinin təşkili Mənzil İnşaatı Dövlət Agentliyinə həvalə olunur. Elektron sistem “Elektron hökumət” portalında yaradılır.

Sistem vasitəsilə güzəştli qiymətə olan mənzillər satışa çıxarılır, mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatın olması; mənzillər barədə interaktiv formada ətraflı məlumatın olması (mənzilin tərkib hissəsi olduğu binanın nömrəsi, binada mənzillərin sayı, mənzilin sahəsi, satış qiyməti, ünvanı, yerləşdiyi mərtəbənin mərtəbə planı və s.); mənzili güzəştli qiymətə ipoteka krediti hesabına əldə etmək istəyən şəxsin imkanının ipoteka kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi; mənzili güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alınaraq operatora göndərilməsi; mənzil seçildikdə bu barədə məlumatın həmin mənzil üzərində sərəncam vermək səlahiyyəti olan iştirakçı-operatora göndərilməsi kimi məsələlər təmin edilir.

Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər elektron sistemə gücləndirilmiş elektron imza sertifikatı ilə daxil olurlar.

Bu şəxslərin mənzilləri güzəştlə əldə etmək hüququ var:

– şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

– Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

– məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

– ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

– ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

– fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

– idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

– elmlər doktoru elmi dərəcəsi olan şəxs;

– ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

– ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

– ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Tarix
2017.05.25 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla