Yuxarı

Güclü külək İsmayıllıda fəsadlar törətdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü küləklə müşayiət olunan dolu və leysan İsmayıllı rayonunda kənd təsərrüfatına ciddi ziyan vurub.

APA-nın məlumatına görə, təbii fəlakət nəticəsində rayonun Qoşakənd, Ağbulaq, Qalıncaq, Quşencə, Hacihətəmli, Kürdmaşı kəndlərində 510 hektar taxıl sahəsi, 51 hektar üzüm bağı, 0,5 hektar tütün sahəsi, 3 hektar sahədə meyvə-tərəvəz və bostan məhsulları tələf olub. Yerli sakinlər İsmayıllıda uzun illərdir ki, belə güclü dolu müşahidə olunmadığını bildiriblər. Təxminən 15 dəqiqə ərzində düşən dolu hər tərəfdə qalın buz qatı yaradıb.

Qoşakənd sakinlərinin sözlərinə görə, dolu meyvə-tərəvəz, taxıl və otlaq sahələrinə böyük ziyan vurub. Taxıl biçininə hazırlaşan kəndlilərə küllü miqdarda maddi ziyan dəyib.

Təbi fəlakətdən ziyan çəkən sakinlər dəyən ziyana görə kompensasiya ödənilməsini istəyirlər.

İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi Paşa Məmmədov APA-ya bildirib ki, dolu rayonun 10-dan çox kəndinə düşüb, taxıl və üzüm sahələrini məhv edib, məhsuldarlıq aşağı düşüb. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarına dəyən ziyanın aradan qaldırılması üçün həmin əkin sahələri mütləq sığortalanmalıdır.

Tarix
2017.05.30 / 15:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla