Yuxarı

Azərbaycanlıların pulsuz təhsil almaq haqqı pozulur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdəbildə bircə dövlət universiteti fəaliyyət göstərdiyi üçün bölgə öyrənciləri pulsuz təhsil almaq hüququndan məhrum olublar.

Axar.az xəbər verir ki, bu sözləri Mühəqqiq Ərdəbili Universitetinin rektoru (rəis) Qudərz Sadiqi iyunun 22-də Meşginşəhr (Xiyav) Ali Təlim-Tərbiyə Şurasının keçirdiyi iclasda danışarkən deyib.

“Ərdəbil dövlət universiteti və ali təhsil ocaqları baxımından ölkənin ən məhrum əyalətlərı sırasındadır. Ərdəbil əyalətində Mühəqqiq Ərdəbili Universitetindən başqa Ali Təhsil Nazirliyinin tabeliyində olan heç bir dövlət universiteti fəaliyyət göstərmir”, - deyə o bildirib.

Dövlət universitetləri baxımından Ərdəbili ölkənin digər əyalətləri ilə müqayisə edən Sadiqi təmsil etdiyi əyalətin ayrı-seçkiliyə məruz qalmasınından da danışıb:

“İranın digər əyalətlərində durum təmamilə fərqlidir. Məsələn, Fars əyalətində 11 dövlət universiteti fəaliyyət göstərir, əslində bir çox əyalət belə imkana malikdir”, - deyə o vurğulayıb.

Tarix
2017.06.23 / 11:41
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla