Yuxarı

Gömrükçülər arasında mühüm görüş - Dərbənddə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Dərbənd şəhərində sərhədyanı gömrük buraxılış məntəqələrində yaranan problemlərin operativ həll edilməsi üçün məlumat mübadiləsinin aparılması və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması üzrə tədbirlərin hazırlanması məqsədilə Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Axar.az-a verilən məluata görə, görüşdə Rusiya Federal Gömrük Xidmətinin Dağıstan Gömrüyünün, "Rusiya Dəmir Yolları" ASC-nin, Azərbaycanın Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri iştirak ediblər.

Görüş zamanı gömrük-sərhəd buraxılış məntəqələrindən meyvə-tərəvəz məhsullarının mövsümi daşımaları, yay tətili mövsümü və bayram günlərində nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılmasına dair müzakirələr aparılıb.

Görüşdə həmçinin 3 iyul 2015-ci il tarixli "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol"un müddəalarının icrasının gedişatı və dəmiryolu nəqliyyatı ilə daşınan mal və nəqliyyat vasitələri barədə ilkin məlumatların mübadiləsinə dair müzakirələr də keçirilib. Bununla yanaşı, meyvə-tərəvəz məhsulları üzrə Azərbaycan istehsalçı-ixracatçıları tərəfindən müvafiq markalanma qaydalarına düzgün riayət edilməsinin zəruriliyi və müəyyən növ mallara münasibətdə gömrük orqanlarına təqdim edilən manifestlərin müvafiq qaydada tərtib edilməsinin əhəmiyyəti vurğulanıb.

Tarix
2017.06.24 / 19:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla