Yuxarı

Bayrağımızın əksi olan ayaqaltı xalçalar Bakıda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda «Evim» ticarət mərkəzində «Femida» türk şirkətinin istehsal etdiyi xalçaların satışı ciddi narazılıq yaradıb.

Axar.az xəbər verir ki, xalçalarda Azərbaycan bayrağı təsvirinin əks olunması suallar yaradıb. Çünki sözügedən xalçaların əsasən ayaq altına salınmaq üçün istifadə edildiyini nəzərə alsaq, bu, dövlət atributunun təhqir olunması kimi hüquqi məsuliyyət də yaradır.

Mağazanın adminstratoru olduğunu deyən və adının açıqlanmasını istəməyən xanım isə bu informasiyanı təxribat adlandırdı. Onun sözlərinə görə, xalçalar divar üçün nəzərdə tutulub və onun ayaqaltı olduğunu iddia edənlər ticarət mərkəzinin imicinə zərbə vurmaq istəyirlər.

Maraqlıdır ki, xalçanın istifadə qaydalarında (foto əlavə edilir) onun üzərinə tökülən ləkənin necə yuyulması əksini tapıb. Divardan asılmaq üçün nəzərdə tutulan xalçanın üzərinə maye ləkənin tökülməsi isə bir qədər mübahisəlidir.

Üstəlik, xalçanın formasının da ayaqaltı istifadə üçün nəzərdə tutulan döşənəklərdən fərqlənməməsi, divara asılması üçün ilgəklərin olmaması sosial şəbəkə istifadəçilərinin narahatlığına müəyyən əsas olduğunu təsdiqləyir.

Tarix
2017.06.26 / 15:16
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla