Yuxarı

“Nar” bu tələbələri mükafatlandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” bu tələbələri mükafatlandırdı

“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ötən il Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş “Nar” laboratoriyasının açılışını edən mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir.

Şirkətdən Axar.az-a verilən məlumata görə, universitet ötən semestrdə Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrinin adlarını artıq elan edib. Tədris semestrinin ən yaxşı 3 tələbəsi – Kənan Babalı, Firuzə Məmmədova və Orxan Məmmədov müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla “Nar” tərəfindən xüsusi hədiyyələrə layiq görülüblər. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu təşəbbüsü ilə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə davam edir.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanıblar. “Nar”ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atıb. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

Mobil operatorun KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

“Azərfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2017.07.07 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər

Onlar bu qərarların icrası üçün bir addım belə atmayıblar

Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...

Sülhün təşəbbüskarı bizik, ancaq işğalı necə unuda bilərik?!

Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...

Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident

Orban İlham Əliyevi təbrik etdi

Bu, Heydər Əliyevin bizə mirasıdır - Ərdoğan

Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...

Liderlər İlham Əliyevi təbrik edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla